Rusiyada yaşayış binasında yanğın, 11 nəfər öldü – Videobackend

Rusiyanın Tomsk vilayətində yaşayış binasında baş verən güclü yanğın nəticəsində on nəfər ölüb.

“Yeni Gündem” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Tomsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Qəza Asinovsk rayonunun Priçulımski kəndində baş verib. Yanğın birmərtəbəli taxta binada qeydə alınıb.

İki nəfər binadan sağ çıxa bilib. Yanğın 208 kvadratmetr sahəni əhatə edib.

Xilasedicilər hazırda tikililəri sökürlər.

***

“TASS” xəbər verir ki, yanğın qurbanlarının sayı 11 nəfərə yüksəlib, iki nəfər xəsarət alıb.

***

Məlumata görə, binada “Qrinvud” MMC-nin meşə təsərrüfatı işçiləri yaşayıb. Onlardan 5-i Özbəkistan vətəndaşı olub.

Özbəkistanın Novosibirskdəki baş konsulu Yusup Kabuljanov da öz növbəsində ölən beş nəfərin respublika vətəndaşları olduğunu təsdiqləyib.