Rusiyada yataqxanada yanğın – 2 ölü, 6 yaralıbackend

Rusiyanın İrkutsk vilayətində taxtadan tikilmiş iki yataqxanada baş vermiş yanğın nəticəsində iki nəfər ölüb.

“Yeni Gundem”in məlumatına görə, bu barədə “TASS” bələdiyyə sədri Valeri Ornoyevə istinadən xəbər verib.

Onun sözlərinə görə, həyatını itirən şəxslər Özbəkistan vətəndaşlarıdır. Bundan əlavə, yanğın nəticəsində altı nəfər xəsarət alıb, onlardan beşi xəstəxanadadır.

Ümumilikdə 15 nəfərin yaşadığı iki yataqxananın 350 kv.m. sahəsi yanıb.