Rusiyadakı qəzada ölənlərdən 19-nun cəsədi tapıldıbackend

Rusiyada xilasedicilər “An-26” tipli sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olanların cəsədlərinin axtarışlarını davam etdirir.

“Yeni Gündəm” xəbər verir ki, Kamçatkada qəza nəticəsində həlak olan 28 nəfərdən 9-nun cəsədi tapılıb.

Bildirilir ki, həlak olanların şəxsiyyətini müəyyən etmək üçün çox güman ki, genetik ekspertiza tələb olunacaq. Hazırda axtarışlar davam edir.

Palana qəsəbəsinin rəhbərliyindən verilən məlumata görə, axtarış işləri dənizin qabarmağa başlamasına qədər, yəni 18:00-a qədər həyata keçiriləcək.

Kamçatka vilayət rəhbərliyinin rəsmi saytında yer alan məlumata görə, təyyarənin qəzaya uğradığı əraziyə qalıqların və cəsədlərin axtarışı, həmçinin qırıntılar əsasında təyyarənin hansı şəkildə zərər gördüyünü araşdırmaq üçün iki vertolyot cəlb olunub. Bununla belə, yerüstü qüvvələr və könüllülər də axtarış işlərində iştirak edir.

Hazırda Palanada güclü külək müşahidə edilir. Dalğaların hündürlüyü isə 1,5 m-ə çatır