Rusiyadan 3 fərqli bölgədə dəniz manevribackend

Rusiya Müdafiə Nazirliyi Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələrinin 3 fərqli bölgədə təlimlərə başladığını açıqlayıb.

”Yeni Gundem” xəbər verir ki, O, iyunun 5-dən 20-dək Yapon dənizi (Şərq dənizi) və Oxot dənizində, 5-15 iyun tarixlərində isə Baltik dənizində təlimlərin keçiriləcəyini açıqlayıb.

Nazirlik bildirib ki, Baltik dənizində keçiriləcək təlimdə 40-a yaxın hərbi gəmi, kater və yardımçı gəmi, 3500 hərbi qulluqçu, 25 təyyarə və helikopter iştirak edəcək.

Yapon dənizi (Şərq dənizi) və Oxot dənizində keçiriləcək təlimdə 11 mindən çox hərbçi iştirak edəcək. Təlimlərə 60-dan çox döyüş və təchizat gəmisindən əlavə, 35 təyyarə də cəlb olunacaq.

Mənbə: İLKHA

Aynur Camal