Rusiyadan Ermənistana uçan təyyarə təcili eniş etdibackend

Rusiyanın Yekaterinburq şəhərindən Yerevana uçan “Ural hava yolları”na məxsus “Airbus A-320” tipli təyyarə məcburi eniş etməli olub.

“Yeni Gündem”in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, enişə səbəb texniki nasazlıq, şassi ilə bağlı problemlər olub. Təyyarə Yekaterinburqun “Koltsovo” hava limanına enib.

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub.

Hadisə zamanı heç kim xəsarət almayıb. Təyyarə də zərər görməyib.