Rusiyadan Laçın dəhlizi və Xankəndi ilə bağlı MÜHÜM AÇIQLAMAbackend

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir.

“Yeni Gündəm”  xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

O bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nümayəndələri ilə qarşılıqlı əlaqə qurulub.

Nazirin qeyd etdiyi kimi, sülhməramlı kontingentin münaqişə zonasına gətirilməsi bölgədəki vəziyyəti normallaşdırmağa imkan verib:

“İmzalanmış üçtərəfli atəşkəs bəyanatının şərtlərinə hörmət edilir. Qeyd etmək istərdim ki, hərbçilərimiz peşəkarcasına hərəkət edir və bölgədə sülhün qorunması üçün hər şeyi edirlər”.

Rusiya Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, 30 mindən çox erməni Qarabağa qayıdıb.

Bundan əlavə, Rusiya hərbi qulluqçuları ərazini və yolları partlayıcı maddələrdən təmizləyirlər: “50 hektar ərazi və 17 kilometrdən çox yol təmizlənib.

Mindən çox partlayıcı obyekt zərərsizləşdirilib. Laçın dəhlizi və Xankəndinə gedən magistral yolun 28 km hissəsi təmizlənib. Mülki nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bundan əlavə, Şərqi Hərbi Dairənin müasir avadanlıq və əməliyyat bölmələri ilə təchiz olunmuş tibbi dəstəsi Qarabağda yerləşdirilib, mütəxəssisləri şəxsi heyətə və yerli əhaliyə tibbi yardım göstərməyə başlayıb”.

S.Şoyqu həmçinin qeyd edib ki, sülhməramlıların köməyi ilə Ermənistanla Azərbaycan arasında ölənlərin mübadiləsi davam edir.oxu24.az