Rusiyadan Makrona: Sözdən əmələ keçbackend

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib ki, Fransa prezidenti Emmanuel Makronun sözlərinə deyil, onun hərəkətlərinə münasibət bildirmək istərdi.

“Yeni Gundem”
bu barədə xarici KİV-ə istinadla xəbər verir ki, bundan əvvəl Fransa prezidenti Rusiya ilə danışıqların aparılması və ona təhlükəsizlik təminatının verilməsinin zəruriliyini bildirib. Zaxarova Makronun sözlərinə deyil, hərəkətlərinə münasibət bildirmək istədiyini vurğulayıb.

“Həqiqi məzmunla dolu konkret hərəkətlər olacaq – biz onları şərh edəcəyik. O qədər sözlər deyilir və bir-biri ilə o qədər ziddiyyət təşkil edir ki, onların üzərində dayanmağın mənası yoxdur”, – deyə Zaxarova əlavə edib.
Bundan əvvəl Makron bütün ölkələrin 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına buraxılmasına çağırıb. Fransa prezidenti deyib ki, idmanı siyasiləşdirmək olmaz, münaqişə vəziyyətində olan ölkələr də Oyunlarda iştirak etməlidir.

Ayşən