Rusiyadan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASIbackend

Dağlıq Qarabağdakı vəziyyətə nəzarət etmək üçün yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi bölgədəki uzunmüddətli siyasətin elementi hesab edilməməlidir.

“Yeni Gündəm” xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkə mətbuatına müsahibəsində Türkiyənin Qarabağ münaqişəsinin həllində rolu barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, regiondakı mövcud reallıqlar nəzərə alınmalıdır: “Reallıqlar da bundan ibarətdir ki, bu gün bu məsələ Türkiyədən olan həmkarlarla müzakirə edilməlidir. Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Həmçinin Azərbaycana çox yaxın ölkədir. Bu amillər diqqətdən kənarda saxlanıla bilməz”.

Medvedevin fikrincə, Moskva və Ankara məhsuldar dialoq qurub, iki ölkə prezidentləri bu mövzuda davamlı ünsiyyət saxlayıb və nəticədə Türkiyə və Rusiya rəsmilərinin iştirak etdiyi ümumi fəaliyyət üçün xüsusi nəzarət mərkəzinin yaradılmasına qərar verilib.

Qeyd edək ki, Dağlıq Qarabağ Münaqişə Zonasında Atəşkəsə Nəzarət Birgə Rusiya-Türkiyə Mərkəzi, Rusiya və Türkiyə Müdafiə Nazirliyi rəhbərlərinin 11 noyabr 2020-ci ildə imzaladığı memoranduma uyğun olaraq 30 yanvar tarixində Ağdamda fəaliyyətə başlayıb.