Rusiyanı meşə yanğınları cənginə alıb – Videobackend

Rusiyada meşə yanğınları tüğyan edir. Yanğının ümumi sahəsəi 24,7 min hektar təşkil edir.

“Yeni Gündəm” Rusiya KİV-nə istinadən bildirir ki, ən böyük yanğın ocağı Zabaykal diyarında yerləşir – 20,3 hektar. Buryatiya, Karaçevo-Çerkes və Priamurda, eləcə də Altay Respublikası, Tümen, Omsk və Avropa muxtar vilayətlərində də meşə yanğınları davam edir.

Ümumilikdə, 2,6 mindən çox insan və 533 ədəd texnika yanğınla mübarizə aparır. Həmçinin paraşütçü-desantçılar da cəlb olunub.