Rusiyanın baş ravvini Lavrovu yəhudilərdən üzr istəməyə çağırdıbackend

Rusiyanın baş ravvini Berl Lazar xarici işlər naziri Sergey Lavrovun yəhudilərlə bağlı açıqlamalarını şokedici adlandırıb.

Baş ravvin Lavrovu yəhudilərdən üzr istəməyə çağırıb.

“Rusiya diplomatiyasının rəhbərinə məsləhət verməyə haqqım olduğunu hesab etmirəm. Amma o, yəhudilərdən üzr istəsə və sadəcə olaraq öz səhvini etiraf etsə, pis olmazdı. O zaman məsələni bağlanmış hesab etmək olar”, – Lazar Yəhudi Teleqraf Agentliyinə açıqlamasında bildirib.

APA