Rusiyanın “Birinci kanal”ı Qarabağdan reportaj hazırladı – VİDEObackend

Rusiyanın “Birinci kanal”ı Qarabağda müvəqqəti məskunlaşmış rus sülhməramlıların fəaliyyətini əks etdirən reportaj hazırlayıb.

“Yeni Gündəm” xəbər verir ki, reportajda Qarabağda Rusiyanın sülhməramlı kontingentinin 27 müşahidə məntəqəsinin olduğu vurğulanır.

Reportajda 4 nömrəli məntəqənin fəaliyyəti barədə məlumat verilir və qeyd olunur ki, rusiyalı hərbçilər bu ərazilərdə tez-tez məşqlər həyata keçirirlər.

Bununla yanaşı, reportajda 44 günlük müharibəyə son qoyan üçtərəfli bəyanatın imzalanmasından da söz açılır.

Bildirilir ki, sülhməramlılar Qarabağda minatəmizləmə fəaliyyəti ilə də məşğul olur və onların bu ərazilərdə olduğu bir il ərzində 26 mindən çox partlayıcı qurğu zərərsizləşdirilib.

Həmçinin reportajda Ağdamda yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də fasiləsiz olaraq atəşkəs rejiminə nəzarət etdiyi xatırladılır.