“Rusiyanın bu addımları təxribat hesab edilməlidir”backend

Azərbaycan dövləti tərəfindən rəsmi şəkildə Rusiya ərazilərinin toponimləri ilə bağlı hansısa təhriflərə yol verilməyib: “Bütün bunlara rəğmən Rusiyanın Azərbaycan ərazilərindəki toponimləri təhrif etməsi, orada adlanmalarla bağlı Azərbaycan Respublikasının rəsmi qurumlarının dəfələrlə etdiyi çağırışları qulaqardına vurması Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi baxımından əsla qəbuledilən deyil.

Bu sözləri “Yeni Gundem” -ə mövzu ilə bağlı politoloq Tural İsmayılov bildirib.

O siyasi hadisələri şərh edərkən, Ceyhun Bayramovla Sergey Lavrovun görüşünə toxunub:

“Xüsusilə Rusiya baş nazirinin sonuncu dəfə Bakıya səfəri və bu gün də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvada Lavrovla keçirdiyi görüşlərdə Azərbaycanla Rusiya arasındakı iqtisadi göstəricilərin sürətlə yüksəldiyini qeyd etməsi, həmçinin Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin pandemiyadan əvvəlki dövrə qayıtması ilə bağlı müsbət rəqəmlərinin ortada olması siyasi əlaqələrində inkişafını özündə birşlədirir. Bu baxımdan Rusiyanın bu addımları təxribat hesab edilməlidir və təcili surətdə Rusiya Müdafiə Nazirliyi komandanlığında təmsil olunan generallara bununla bağlı çağırış edilməlidir. Əksi olacağı təqdirdə hesab edirəm ki, Azərbaycan da Rusiyaya və Rusiya toponimlərinə qarşı eyni adekvat addımları atmalı və eyni tərzdə cavab verməlidir”

Fərahim RƏHİMOV