Rusiyanın düşmənləri: Kreml siyahını açıqladıbackend

Rusiya ona “dost olmayan” ölkələrin siyahısını açıqlayıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib. Siyahı Rusiya əleyhinə sanksiyaların sayına görə tərtib edilib. Bu göstəricilərə görə lider Amerika Birləşmiş Ştatları olub – 1983 sanksiya. Kanada 1402 sanksiya ilə ikincidir. İlk üçlüyü 1361 sanksiya ilə İsveçrə tamamlayır. İlk beşliyə Böyük Britaniya və Avropa İttifaqı da daxildir. Dövlət Dumasının sədri qeyd edib ki, bu ölkələr öz sanksiyaları ilə enerji resurslarının və məhsulların bahalaşmasına səbəb olublar. “Onlar bütün dünyada mövcud problemlərin və gözlənilən böhranların əsas günahkarlarıdır”.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Avropa siyasi səbəblərdən və ABŞ-ın təzyiqi ilə enerji sektorunda yeni anti-Rusiya sanksiyaları tətbiq edir ki, bu da inflyasiyaya gətirib çıxarır. Lakin Qərbdə səhvlərini etiraf etmək əvəzinə “günahkarı kənarda axtarırlar”. Rusiya lideri həmçinin bildirib ki, Qərb siyasətçiləri iqlim problemi ilə bağlı ictimaiyyətin narahatlığına dair spekulyasiyalar edib və ənənəvi enerjinin əhəmiyyətini aşağı salıblar. O əlavə edib ki, dünya enerji sənayesində problemlərin əsas səbəbi Qərbin düşünülmüş siyasətidir.