Rusiyanın kimyəvi maddə daşıyan gəmisi Türkiyədə qəzaya uğradı – Fotobackend

Qara dənizdə Türkiyə sahilləri yaxınlığında Rusiyanın “Glard-2” tankeri balıqçı qayığı ilə toqquşub.

“Yeni Gündem” Türkiyə mediasına istinadən bildirir ki, kimyəvi maddə daşıyan 140 metrlik gəmi Bosfor boğazı yaxınlığında qəzaya uğrayıb.

Gəminin toqquşduğu balıqçı qayığı batıb. Həmin vaxt qayıqda olan altı nəfərdən üçü xilas edilib, qalanları isə itkin düşüb.

Hazırda Bosfor boğazı güclü duman səbəbindən gəmilərin keçidi üçün müvəqqəti olaraq bağlanıb.

Rusiyanın kimyəvi maddə daşıyan gəmisi Türkiyədə qəzaya uğradı - Foto