Rusiyaya qarşı döyüşən beş gözəl və cəsur ukraynalı qadın – Fotobackend

Ukrayna qadınları təkcə gözəlliyin deyil, həm də gücün simvoludur. Onların bəziləri arxa cəbhədə işləyir, bəziləri ukraynalı əsgərlərə yemək hazırlayır, bəziləri hərbçiləri müalicə edir, bəziləri əllərinə silah alıb döyüşürlər.

“Yeni Gündəm” xəbər verir ki, TSN “dünyanın ikinci ordusu”na – Rusiya qoşunlarına qarşı döyüşən 5 ukraynalı qadından yazıb.

Lesya Vorotnyuk

Lesya Vorotnyuk balerinadır. Üç il əvvəl həyat yoldaşı Ukraynanın şərqində həlak olub. Lesya Rusiya fevralın 24-də işğala başladıqda tərəddüd etmədən hərbi formaya keçərək, əlinə silah alıb. Hazırda cəbhədə ruslara qarşı döyüşür.

Tatyana Çubar

Bu cəsur qadın da cəbhədə dəyüşür. Hətta döyüş kadrlarını TikTokda da yayımlayır. Müharibənin beş ayı ərzində bu sosial şəbəkədə məşhurlaşıb. Videoları milyonlarla baxış alır.

“Lastivka”, yaxud “Qaranquş”

 

“Qaranquş” ləqəbli qadın gözəlliyi qədər cəsarəti ilə də hər kəsi heyrətləndirir. O da Lesya kimi sosial şəbəkələrdə cəbhə bölgəsindən kadrları yayımlayır. “Qaranquş” yaralıları xilas etməyə çalışır. Deyir ki, barıt qoxusu artıq yaddaşına əbədi həkk olunub.

Aleksandra Razyantsev

Krımlı stilist və geyim dizayneri Razyantseva müharibədən əvvəl ukraynalı aktyorları geyindirirdi. Amma işğal başladıqdan sonra ruslarla döyüşmək qərarına gəlib.

Alyona Şinkarenko

Sosial şəbəkə istifadəçiləri Alyonanı “Ukraynanın Ancelina Colisi” adlandırırlar. Tez-tez sosial şəbəkədə cəbhə bölgəsindən video yayımlayır və Ukraynanın qələbəsinə inanır.