Ruslan Bayramov Ukraynada həlak oldubackend

Ukraynada gedən döyüşlərdə azərbaycanlı Ruslan Bayramov həyatını itirib.

Ukrayna vətəndaşı olan 1993-cü il təvəllüdlü Bayramov Ruslan Hüseynqulu oğlu Gürcüstanın Bolnisi bələdiyyəsinin Faxralı kəndində anadan olub.

Luqansk vilayətində yaşayan R.Bayramov Ukrayna Silahlı Qüvvələrinin 59-cu radio-kəşfiyyat taqımının operatoru kimi xidmət edib.

O, Nikolayev vilayətinin Ternovıy Podı rayonunda Rusiya tərəfinin hücumu nəticəsində həyatını itirib.

Məlumat üçün onu da bildirək ki, hazırda R.Bayramovun valideynlərinin Ukraynada yaşadıqları ərazi işğal altındadır.

Oxu.az