Ruslan Şahbalayevə vəzifə verildibackend

Quba rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Bununla bağlı RİH-nin başçısı Ziyəddin Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Şahbalayev Ruslan Teymur oğlu Quba RİH-nin başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, daha öncə Xızı RİH-nin başçısının müavini vəzifəsində çalışıb.

unikal.org