Ruslar son sutkada Ukrayna ərazisinə 120 dəfə hücum ediblərbackend

Ötən sutka ərzində ukraynalı müdafiəçilər düşmənin 5 istiqamətdə 120-dən çox hücumunu dəf ediblər.

“Yeni Gundem” xəbər verir ki,  bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər hesabatında deyilir.

“Ötən gün ərzində düşmənin əsas məqsədi Donetsk və Luqansk rayonlarının inzibati sərhədlərinə çatmağa cəhd etmək olub. Bunun üçün işğalçıların əsas səyləri Liman, Baxmut, Avdiivka, Marinka, Şaxtyorsk istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəldilib. “Ukraynalı müdafiəçilər qeyd olunan istiqamətlərdə işğalçıların 120-dən çox hücumunu dəf ediblər”, – Baş Qərargahdan bildiriblər.

Agentliyin məlumatına görə, işğalçılar Baxmut şəhərinə basqınlarını dayandırmır.

Ukrayna Baş Qərargahı bildirib ki, Rusiya qüvvələri ötən gün ərzində 21 hava və 9 raket zərbəsi endirib. Onlardan biri – mülki əhali arasında itkiyə səbəb olmayan Slavyansk şəhərində.

“Kramatorskda mülki infrastraktur obyektlərinə növbəti raket hücumu həyata keçirilib. Hücum nəticəsində 7 hündürmərtəbəli binaya və 3 şəxsi avtomobilə ziyan dəyib. Mülki əhali arasında itki yoxdur”, – Baş Qərargahdan bildiriblər.

Onların məlumatına görə, son sutka ərzində ruslar çoxsaylı raket sistemlərindən 57 dəfə atəş açıb.

Bundan əlavə, Rusiya qüvvələrinə cavab olaraq Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası düşmənin şəxsi heyəti və hərbi texnikasının toplandığı ərazilərə 12 zərbə endirib, raket və artilleriya bölmələri isə canlı qüvvənin cəmləşdiyi 3 əraziyə zərbə endirib.

Fərahim Rəhimov