Rüstəm Muradov Qarabağa gedirbackend

General Rüstəm Muradov bu gün Ermənistana gedəcək, sabah isə Qarabağa gedəcək.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə “Sputnik Armenia” “Qraparak” nəşrinə istinadən məlumat verib.

Rusiya sülhməramlıları Qarabağda yerləşdirilməsinin ildönümünü qeyd etmək üçün böyük tədbir keçirməyi planlaşdırır. Rusiya Müdafiə Nazirliyi 200-ə yaxın medal buraxıb. Onları Cənub Hərbi Dairəsinin komandirinin müavini Rüstəm Muradov gətirəcək. Medallar fərqlənən hərbçilərə veriləcək.