Rüşvət bataqlığındakı GDU-dan yenə şikayət: Universitetdə nələr yaşanır?backend

Uzun illərdir ki, adı mətbuatın gündəmindən düşməyən Gəncə Dövlət Universitetində (GDU) qəribə hadisələr baş verir. Ali təhsil ocağı haqqında mətbuatda mütəmadi olaraq məlumatların yer alması artıq rəhbərliyi ciddi şəkildə narahat etməyə başlayıb. Elə bu səbəbdəndir ki, rəhbərlik bunun qarşısını almaq üçün bəzi addımlar atmağa məcbur olub.

Bu barədə “Yeni Gundem”in elektron poçt ünvanına şikayət məktubu daxil olub.

Buna baxmayaraq, dəfələrlə Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti pezidentə müraciət edərək universitetdəki qanunsuzluqlardan şikayətləniblər. Amma müəllimlər GDU-dakı repressiyalar ucbatından adlarının anonimliyinin qorunmasını müraciətlərinin dərc olunmağını artıq dərəcədə xahiş ediblər.

Ona görə zaman-zaman adı müxtəlif hadisələrlə gündəmə gələn Gəncə Dövlət Universiteti ilə bağlı yeni məlumatlar yayılıb. Amma biz müəllimlər bu dəfə təzyiqləri nəzərə alıbadımızın hallanmasını istəmirik. Çünki adımızı bilsələr, bizi işdən uzaqlaşdıracaqlar. Biz isə məcburuq yazmağa, çünki ali təhsil ocağı olan GDU həm utanc mənbəyinə çevrilib.

Müəllimlər yazırlar ki, GDU-nun rektoru Yusif Yusibovunburda mənəm, Bagdadda kor xəlifəprinsipi ali təhsil ocağını fəlakətə aparır. Korrupsiya rüşvət mənbəyinə çevrilən alitəhsil ocağında daxili idarəetmədə isə tam bir anarxiya yaranıb. Məsələn, ötən şikayətlərimizdə ali təhsil ocağında qeyri-əxlaqi hərəktlərlə bağlı şikayətimizdə qeyd etmişdik ki, GDU-da rəzalət yaşanır. Bir qrup müəllim rektora şikayət edərək ali məktəbin adını ləkələyən əməllərə son qoymağı tələb etsə , buna məhəl qoyan olmayıb.

Mübriz Yusibov

Məsələn, filologiya fakültəsinin professoru, sabiq rektor Mübariz Yusibov özünü az qala kral kimi aparır. Kafedrada müəllimlərə göz verib, işıq vermir, onların öz elmi naliyyətlərini inkişaf etdirməyə mane olur. Professor ayrı-seçkilik edir, müdafiə etmək istəyən digər filoloqlara maneə yaradır, bütün işlərini səlahiyyətlərini elmi rəhbəri olduğu, ingilis dili kafedrasının müəlliməsi Türkan Cəlilovaya həvalə edib, professordan işi keçənlər ilk növbədə Türkan xanımdan icazə almalıdırlar.

 

Türkan Cəlilova

Onun Türkan Cəlilovaya xüsusi diqqət ayırması bu davranışları Universitetdə ciddi narazılıq yaradıb söz-söhbətlər artıq GDU rəhbərliyinə qədər gedib çatıb. Hətta ətrafı ona dəfələrlə xəbərdarlıq etsə , Türkan Cəlilova heçkəsə məhəl qoymur, özünü az qala kafedranın müdiri kimi aparır. Çalışır ki, bütün müəllimlər sıxışdırılsın, yalnız özü kafedranın professorun sevimli öndə olan müəllimi kimi görünsün. Onların bu isti münasibətləri isə universitetdə haqlı olaraq mübahisə şikayətlərə səbəb olur.

Şikayətçilər deyirlər ki, bu hərəkətlər Mübariz Yusibovun ilk davranışı deyil, əvvəllər o, rus dili kafedrasının müəllimi Kəmalə Əhmədova ilə yaxın olub ona vəzifə verib, digər müəllimlərin gənc kadrların sıxışdırılmasına səbəb olub. Hətta Gəncə Dövlət Universitetinin rəhbərliyindən bu məsələyə münasibət gözləyən şikayətçilər ümid edirlər ki, həriki müəllim öz hərəkətlərinə son verəcəklər.

Kəmalə Əhmədova

Onlar ötən həftə baş verənlərlə bağlı ölkə başçısına və iqtisadiyyat naziri Mikayıl Cabbarova da GDU ilə bağlı şikayət ünvanlayıblar.

Mübariz Yusibov uzun müddət Yeni Azərbaycan Partiyası Gəncə Təşkilatının sədr müavini, idarə heyətinin üzvü olub.

Hazırda Ağsaqqallar Şuranın İdarə Heyətinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvü olan bir alimin bu cürdavranışları şübhəsiz ki, qəbulolunmazdır. Necə ki bir müddətöncə universitetdəki davranışlarına görə YAP üzvü Hüseynbala Mirələmov elə YAP-ın özü tərəfindən cəzalandırıldı universitetdən , partiyadan da xaric edildi.

Yəqin ki, GDU rektoru Yusif Yusibov da, keçmiş rektor Mübariz Yusibov da baş verənlərdən dərs çıxaracaq.

Ümid edirəm ki, dəyərli media orqanları da bizim bu şikayətlərimizə biganə qalmayacaqlar.

Gəncə Dövlət Universiteti (GDU) ilə əlaqə saxlasaqda zənglərimizə cavab verilmədi.