Rüxsarə Cumayevanın səhhəti pisləşdibackend

Tutu ləqəbli I Qarabağ müharibəsi qazisi Rüxsarə Cumayevanın səhhəti pisləşib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə deputat Elşən Musayev parlamentdə məlumat verib.

O qeyd edib ki, R. Cumayevanın ayaqları tutulub: “Bu qəhrəman xanımın təcili olaraq köməyə ehtiyacı var. Hazırda vəziyyəti qənaətbəşx deyil. Onun dövlətdən gözləntisi var. Xahiş edirik ki, dövlət nümayəndələri onun normal həyata qayıtması üçün səfərbər olsunlar”.