Rza Pəhləvi ilk dəfə İsrailə gedirbackend

İsrail mətbuatı xəbər verir ki, İran şahının oğlu, vəliəhd şahzadə Rza Pəhləvi sabah İsrailə gələcək.

“Yeni Gundem” xəbər verir ki, Pəhləvi kəşfiyyat naziri Gila Qamlielin (Likud) dəvəti ilə İsrail dövlətinə səfər edəcək.

Vəliəhd baş nazir Benyamin Netanyahu və prezident Yitzhak Hersoq ilə birlikdə Qüdsdə Yad Vaşem Muzeyində keçiriləcək Holokost qurbanlarının xatirəsinə həsr olunmuş dövlət mərasimində iştirak edəcək.

Bir neçə gün davam edəcək səfər zamanı Pəhləvi ölkə rəhbərliyi ilə görüşəcək və İranın su təchizatı sisteminin pisləşdiyi fonunda müasir texnologiyaları şəxsən öyrənmək üçün duzsuzlaşdırma zavodlarına baş çəkəcək. Qonaq həmçinin bəhai dininin nümayəndələri ilə görüşəcək və İsrail icmasının nümayəndələri – İrandan gələn mühacirlərlə söhbət edəcək.