“Ermənistan bundan uzaq durmasa, fəlakət olacaq” – Rusiyadan AÇIQLAMAbackend

Erməni cəmiyyəti revanş cəhdlərini əbədi unutmalı və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkənin yaradıcı inkişafına diqqət yetirərək, Qaregin Njdenin millətçi ideologiyasından imtina etməlidir.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko öz Teleqram səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistanın başqa əraziləri yoxdur və heç vaxt da olmayacaq:

“Ermənistanın Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinə, regional iqtisadi layihələrə daxil edilməsinə ehtiyacı var. Yalnız sülh Ermənistana inkişaf şansı verəcək, yeni müharibə xəyalları isə onu geosiyasi fəlakətə sürükləyəcək”.

Axar.az