Saakaşvili ilə bağlı yeni xəbərbackend

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili bu gün dövlət sərhədini qanunsuz keçməkdə ittiham ediləcək.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Rustavi 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq prezidentə bu gün ittihamla bağlı rəsmi məlumat veriləcək. DİN-in məlumatında qeyd olunub ki, iş üzrə bütün zəruri istintaq tədbirləri görülür.

Xatırladaq ki, M. Saakaşvili oktyabrın 1-də Tbilisinin Kvişxeti küçəsində qaldığı mənzildə həbs edilib.

Sabiq Prezident Valeri Gelaşviliyə fiziki hücumda təqsirli bilinərək 6 il, həmçinin vəzifə səlahiyyətindən sui-istifadə maddəsi ilə 2 il 3 ay müddətinə həbs edilib.