Saakaşvili: “Mən Gürcüstana qayıdıram”backend

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili videomüraciətində Ukraynaya “ikinci ev” olaraq minnətdarlığını bildirib, hazırda vətəninə qayıdacağını qeyd edib.

“Yeni Gündəm” xəbər verir ki, məlumatı RİA Novosti agentliyi yayıb.

Son yeddi ildə çox şey keçdiyini və “ölkəsinə daha yaxşı xidmət etmək və səhvlərdən qaçınmaq” üçün kifayət qədər təcrübə və bilik qazandığını deyib, prezidentliyi dövründə səhvlərə yol verdiyini etiraf edib.

“Allah bilir, mən xalqım üçün ən yaxşısını istədim. Xalqımın daha yaxşı, daha zəngin olması üçün çalışdım və yenə də hər kəsdən etdiyim səhvlərə görə bağışlanmasını istəyirəm … Bu yeddi il ərzində xəbərlərlə maraqlanmadığım bir gün olmadı. Əminəm ki, mənim prezidentliyim dövrü boşa getmədi və yaratdığımız çox şey hələ də qorunub saxlanılır və fəaliyyət göstərir. Lakin eyni zamanda, Gürcüstandan xəbər eşitdikdə başa düşürəm ki, hər bir gürcü daha zəngin, daha yaxşı yaşaya bilər və biz uğur qazana bilərik. Mən qayıdıram!” – siyasətçi deyib.

Saakaşvili 2013-cü ildə Gürcüstandan çıxıb, orada ona qarşı bir sıra cinayət işləri açılıb, bəzilərində isə qiyabi olaraq həbs cəzası verilib.