Saakaşvili ölkə sərhədini keçməyib – Gürcüstan DİNbackend

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili rəsmi şəkildə ölkə sərhədini keçməyib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

Qeyd edək ki, Saakaşvili bu gün səhər öz rəsmi feysbuk hesabında 8 ildən sonra Gürcüstana geri döndüyünü elan edib. M.Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasından olan tərəfdaşları onun ölkəyə geri döndüyünü təsdiq ediblər.