Saatlı-Becar mənzilində baş verən yol-nəqliyyat hadisəsi barədə rəsmi AÇIQLAMA  ​backend

Bu gün​ saat 09:40 radələrində Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat​ hadisəsi baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Yeni Gundem” e verilən məlumata görə,şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində​ hərəkətdə olarkən,​ 54 BJ 612​ nömrə nişanlı “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil​ elektrovozla toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da,​ onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC bu hadisədən təssüfləndiyini bildirir, ölənlərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.