Saatlıda 32 yaşlı qadın itkin düşdü – VİDEObackend

Saatlıda qadın itkin düşüb.

“Yeni Gündəm” xəbər verir ki, 32 yaşlı Mirzəyeva Afət Xanlar qızı yanvarın 27-də naməlum şəraitdə itkin düşüb. Onun yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndi ərazisindəki su kanalında batmasına əsaslı şübhələr var.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.