“SAB”ın kolbasasından metal parçası çıxdı-FOTOLARbackend

“SAB” firmasının istehsalı olan kolbasanın içindən metal parça çıxıb.

Reportyor.info-nun verdiyi xəbərə görə, marketdən firmaya məxsus “Səyyah” əmtəə nişanlı, yarım hissə verilmiş kolbasa alan istehlakçı evdə “sürprizlə” qarşılaşıb.

Onun sözlərinə görə, kolbasanı doğrayanda içindən qara bir metal parçasının çıxdığını aşkarlayıb: “Yaxından baxıldığında həmin metalın bolt birləşməsi “şrup” olduğu məlum olur. Şəkildə göründüyü kimi bu metalın bir hissəsidir, digər hissəsinin nə zaman və kimin qarşısına çıxacağı dəqiq deyil.

Qeyd olunan kolbasa qiyməti ilədə fərglənir, bahalıdır. Bu cür şirkətin bahalı kolbasa istehsal zamanı belə bir ciddi səhv buraxması sözsüz ki, xoşagəlməzdir. Bunu görmədən yemək ağızda kəsiklər və ya yaralar əmələ gəlməsinə gətirib çıxarda bilər.

Sizdən xahiş olunur bu tipli kolbasa və digər bu kimi məhsulları istifadə etdikdə diqqətli olasınız. Bu kimi hal insan sağlamlığına ciddi zərər vura bilər!”