Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq – SİYAHIbackend

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, sabah, 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

“Bununla əlaqədər olaraq Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami kinoteatrı – Neftçilər prospekti – Azadlıq meydanı – AMAY ticarət mərkəzi; Şəhidlər Xiyabanı – Alov qüllələri – İçərişəhər metrosu – Qala qapısı – Kukla teatrı – AzNeft dairəsi – Bəhram Gur heykəli; Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı; Zabitlər parkı – Milli Sirk – Heydər Əliyev sarayı – Səməd Vurğun küçəsi – Neftçilər prospekti; Nərimanov heykəli – Mərkəzi park – Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Milli Bank istiqamətlərində şəxsi minik maşınlardan istifadə etmək tövsiyə olunmur. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir”, – o vurğulayıb.