Sabah bu ərazilərdə su olmayacaqbackend

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsinə, Şıx və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.