Sabah küçəyə çıxmayın – XƏBƏRDARLIQbackend

Sabah Bakıda küçəyə çıxmaq təhlükəli ola bilər.

“Yeni Gündəm”-iin xəbərinə görə, sabah, avqust ayının 1-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.