Sabah Milli Məclisdə bu məsələlər müzakirə olunacaqbackend

Milli Məclisin martın 13-də keçiriləcək iclasının gündəliyi məlum olub. 

Bu barədə Milli Məclisin mətbuat xidmətinin  rəhbəri Akif Təvəkküloğlu məlumat verib.  

O bildirib ki, gündəlikdə 18 məsələ müzakirə ediləcək.

Bunlar “İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) haqqında, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunlarında dəyişikliklər edilməsi ( ikinci oxunuş) , Milli Məclisin komitələrinə üzvlərin seçilməsi, yaz sessiyasının qanunvericilik işləri planının müzakirə edilməsidir. O cümlədən, iclasda “Əmanətlərin tam sığortlanması haqqında” qanun layihəsi də müzakirə ediləcək.

Bundan əlavə, iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlara mandatlarını təqdim edəcək.