Yanvarın 29-u qərb rayonlarından başlayaraq fevralın 1-dək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yanvarın 30-u gündüz yağıntılarda fasilə olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.