Sabah qeyri-iş günüdür?- Rəsmibackend

27 sentyabr 44 günlük Vətən müharibəsinin ikinci il dönümüdür. Qeyd edək ki, bu tarix “Azərbaycan Respublikasında Anım günü” kimi qeyd edilir.

Bu səbəblə insanların bir çoxunda həmin günün iş, yaxud qeyri-iş günü olması ilə bağlı suallar yaranır.

 

“Yeni Gundem” xəbər verir ki, 27 sentyabr ölkə başçısının  2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” Sərəncamından sonra hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad  edilməsi  uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü kimi qeyd edilir.

Əmək Məcəlləsinin 106.1-ci  maddəsinə əsasən, həmin gün iş günü hesab edilir.