Sabah yeni çağırış Milli Məclis ilk dəfə toplanır: İclası o aparacaqbackend

Martın 10-da yeni çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

Bu barədə “Yeni Gündəm”-e Milli Məclisin deputatı Tahir Kərimli məlumat verib.

Qeyd edək ki, yeni çağırış Milli Məclisin ilk iclasının keçirilmə qaydası parlamentin Daxili Nizamnaməsi ilə tənzimlənir.

Nizamnamənin 2-ci maddəsində yazılıb ki, qanunverici orqanın növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır.

Ən qocaman deputat Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və parlamentin sədri seçilənədək birinci iclası aparır.

Parlamentin ən qocaman deputatı isə Fəttah Heydərovdur. Onun 82 yaşı var.