Sabah yollar buz bağlayacaqbackend

Sabah, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Gundem”-ə verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.