Sabaha gözlənilən havabackend

Sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən “Yeni Gündəm”ə verilən məlumata görə, martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 12-16° isti, Bakıda  gecə 6-8° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək – 769 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər  bəzi yerlərdə  duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 5-10° isti, gündüz  15-20° isti,
dağlarda gecə 0-5°  isti, gündüz  7-12° isti olacaq.