Sabahdan Azərbaycanda “Turkovac” peyvəndinin sınaqlarına başlanılırbackend
Azərbaycanda Türkiyənin istehsalı olan koronavirusa qarşı “Turkovac” peyvəndinin 3-cü faza sınaqları başlayır.
“Yeni Gündəm” xəbər verir ki, bunun üçün Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) nümayəndə heyəti Bakıya gəlir.
Sınaqların başlanması üçün martın 9-da Azərbaycanla Türkiyə arasında protokol imzalanacaq və vaksinin klinik sınaqlarına başlanılacaq.
Bakıya gələcək heyətə TÜSEB-in rəhbəri Prof. Dr. Erhan Akdoğan başçılıq edəcək. Heyətdə Türkiyə Peyvənd İnstitunun rəhbəri Prof. Dr. Ateş Kara və Layihələrin İdarə  Edilməsi və Dəstək Şöbəsinin müdiri Batuhan Yeşilyurt yer alacaq.
Klinik sınaqlar zamanı 2 doza vaksin qəbul etmiş Azərbaycan vətəndaşları 3-cü doza olacaq “Turkovac” vaksini seçə biləcək.