Sabahın hava proqnozubackend

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Gündəm” ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Mayın 24-də axşam şimal-qərb küləyinin sürətinin 10-15 m/s, arabir 18-23 m/s olacağı, 25-də gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir.

Mayın 25-də havanın temperaturu  Abşeron yarımadasında gecə 12-14, gündüz  20-24, Bakıda  gecə 12-14, gündüz  22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz  30-40 faiz təşkil edəcək.

Sabah Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər dağlıq rayonlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 13-17, gündüz 25-30, dağlarda gecə 9-13, gündüz  14-18 dərəcə isti təşkil edəcək.