Sabahın hava proqnozu açıqlandıbackend

Ölkə ərazisində sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Gündəm”-ə verilən xəbərə görə, sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz  yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal- şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz  28-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 17-21, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz  18-23 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən  əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.