Sabiq baş nazir xəstəxanalıq oldu – FOTObackend

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni hospitalizə edilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə ANSA agentliyi tvitter səhifəsində yazıb.

Onun vəkili Federiko Çekkoninin sözlərinə görə, Berluskoni hələ martın 22-də xəstəxanaya yerləşdirilib. Siyasətçinin vəziyyəti ilə bağlı hələlik heç nə məlum deyil.

Xatırladaq ki, bu ilin yanvarında Berluskoni ürək problemi ilə əlaqədar Monakoda təcili hospitalizə edilmişdi. 84 yaşlı siyasətçiyə ürək aritmiyası diaqnozu qoyulmuşdu.

Ötən ilin sentyabrında isə keçmiş Baş nazirə ikitərəfli pnevmoniya diaqnozu qoyulmuş, sentyabrın 14-də evə buraxılmışdı.

Berluskoni xəstəxanalıq oldu