Sabiq başçı və icra nümayəndəsi dələduzluqda ittiham olunurlarbackend

Göygölün Qırıxlı Kənd İcra Nümayəndəsi vətəndaşlara torpaq satıb, lakin onlara saxta çıxarış verib…

Göygöl rayon Qırıxlı Kənd İcra Nümayəndəsi Elçin Əliyevin sabiq icra başçısı Arif Seyidovun adından torpaq sahələrini vətəndaşlara satıb, lakin başçı vəzifədən alındıqdan sonra məlum olub ki, icra nümayəndəsi vətəndaşları sadəcə dolandırıb.

Bu barədə PİA.az-a ünvanlanan şikayət məktubunda bildirilir. Şikayətdə qeyd edilir ki, hazırda onlarla şəxs eyni problemlərlə üzləşib və icra nümayəndəsi onların bir neçəsinə saxta çıxarış verib. Vətəndaşlardan pul alan Elçin Əliyev isə həmin pulları geri qaytarmır. İcra nümayəndəsi bildirir ki, işdən çıxarılan başçı Arif Seyidov Göygölü tərk elədiyinə görə onunla əlaqə saxlaya bilmədiyini bildirir.

Bu dələduzluq faktları ilə başlı şikayətçilər hüquq-mühafizə orqanlarına müraciət ediblər və hazırda Baş prokurorluqda məsələ ilə bağlı araşdırma aparıldığı bildirilir.