Sabiq deputat Rəfael Cəbrayılovu hansı cəza gözləyir?backend

Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Kamil oğlu Cəbrayılov un öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə cinayət işi açılıb.

Əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İttihamlar təsdiqlənəcəyi halda, sabiq deputatı hansı cəza gözləyir?

Bunu öyrənmək üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müraciət etdik.

CM-nin in 178.3.2-ci maddəsinə əsasən ittiham təsdiqini taparsa, sabiq deputatı on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər.Modern.az