Sabiq deputat vəfat etdibackend

Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı mərhumun oğlu Emin Musayev ictimailəşdirib.

O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Milli Məclisin sabiq deputatı ötən gün axşam saatlarında ürək tutmasından dünyasını dəyişib.

Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub.

1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

O, Birinci çağırış Milli Məclisin (1995-2000) yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini olub.