Sabiq deputat vəfat etdibackend

İstiqlalçı deputat Hicran Kərimli 58 yaşında vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Millət vəkili kimi fəaliyyətindən sonra Rusiyada yaşayan H.Kərimli elə Moskvada dünyasını dəyişib.

Xatırlatma: H. Kərimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvanın Ordubad şəhərindən – 339 nömrəli Ordubad seçki dairəsindən deputat seçilib.