Sabirabadda 3 otaqlı fərdi yaşayış evi yandıbackend

Sabirabad rayonunun Suqovuşan kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı, tavanı qamış örtükdən ibarət evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 40 m² sahədə, digər otaqların tavanı 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.