“Sabis Sun Beynəlxalq Uşaq Bağçası” məhkəməyə verildibackend

“Sabis Sun Beynəlxalq Uşaq Bağçası” MMC məhkəməyə verilib.

“Yeni Gundem” xəbərinə görə, bağça ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə müraciəti mobil operatorlardan biri edib.

Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Fərman Həmidlinin icraatındadır.

Qeyd: Uşaq bağçası “Azərsun Holdinq”in tərkibinə daxildir.