Sabunçuda partlayışda xəsarət alan Pakistan və Hindistan vətəndaşlarının vəziyyəti açıqlandıbackend

Sabunçu qəsəbəsində yerləşən evdə baş verən partlayış nəticəsində xəsarət alan Pakistan (iki) və Hindistan vətəndaşları (iki) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar.

TƏBİB-dən verilən məlumata görə, hadisə zamanı bədən xəsarəti alan 4 nəfərin vəziyyəti orta ağırdır.

Yaralılar üz, boyun, əl və ayaqlarında ikinci və üçüncü dərəcəli termiki yanıq diaqnozu ilə Mərkəzin Reanimasiya şöbəsində müalicə alırlar.