Sabunçuda qonşunun yaratdığı göl sakinlərin həyətini bərbad hala salıb – FOTO/VİDEObackend

Sabunçu rayonunda sakinlər su içində batıb gedən həyətlərini xilas edə bilmirlər.

Bu barədə Oxu.Az-a vətəndaş Rais Məmmədov müraciət edib. Söhbət rayonun Pirşağı bağları adlanan ərazisi, Hüseynbala Əliyev küçəsi 33B ünvanından gedir.

Vətəndaş iddia edir ki, qonşuluqda yaşayan şəxs həyətində göl yaradıb, lakin natəmizlik baş alıb gedir:

“Qonşunun həyətində göl salması, üfunət qoxusu və natəmizliklə bağlı dəfələrlə qonşu ilə danışılıb. Aidiyyəti üzrə icra hakimiyyətinə, bələdiyyəyə də müraciət edilib. Lakin bizim müraciətlərimizə baxan yoxdur.

Bələdiyyə isə deyir ki, biz heç nə edə bilmərik. Həyətə pintilikdən qurbağa, milçəklər dolub. İndi biz bu pintiliyin içərisində ölməliyik?”.